Ukrayna Prezident Ofisi başçısının müşaviri istefa verib

Ukrayna Prezident Ofisi başçısının müşaviri Oleksiy Arestoviç istefa verib.

1933988
Ukrayna Prezident Ofisi başçısının müşaviri istefa verib

Ukrayna Prezident Ofisi başçısının müşaviri Oleksiy Arestoviç istefa verib.
O, bu barədə rəsmi teleqram kanalında paylaşım edib. 
“İstefa ərizəsi yazmışam. Sivil davranış nümunəsi göstərmək istəyirəm: prinsipial səhvdir, bu isə istefa deməkdir”, - deyə Oleksiy Arestoviç vurğulayıb.
Arestoviç həmçinin Dnepr sakinləri və Ukrayna xalqından üzr istəyib.

Xatırladaq ki, yanvarın 14-də Dnepr şəhərindəki 9 mərtəbəli yaşayış binasına endirilən raket zərbələri nəticəsində  40-dan çox dinc sakin həlak olub.
Ukrayna hücumun Rusiya ordusu tərəfindən təşkil edildiyini açıqlayıb, Rusiya isə bu iddiaları təkzib edib.
Oleksiy Arerestoviç iştirak etdiyi proqramda Dneprdəki yaşayış binasına raket düşməsinin Ukrayna hava hücumundan müdafiə sistemindəki nasazlığın səbəb ola biləcəyini ifadə etmişdi. 
Rusiya Prezidentinin sözçüsü Dmitriy Peskov hücumun Rusiya ordusu tərəfindən həyata keçirildiyinə dair ittihamları rədd edib.



Әlaqәli Xәbәrlәr