BMT Liviyada birgə hərbi komitəyə dəstək verməyə çağırıb

BMT-nin Liviyaya Dəstək Missiyasının (UNSMIL) rəhbəri Abdullah Batili beynəlxalq ictimaiyyəti ölkədə atəşkəsin “tam şəkildə həyata keçirilməsi” üçün 5+5 Birgə Hərbi Komitəyə dəstək verməyə çağırıb.

1933591
BMT Liviyada birgə hərbi komitəyə dəstək verməyə çağırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Liviyaya Dəstək Missiyasının (UNSMIL) rəhbəri Abdullah Batili beynəlxalq ictimaiyyəti ölkədə atəşkəsin “tam şəkildə həyata keçirilməsi” üçün 5+5 Birgə Hərbi Komitəyə dəstək verməyə çağırıb.

BMT-nin rəhbərliyində ordu ilə ölkənin şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Haftara sadiq heyətlərdən ibarət 5+5 Birgə Hərbi Komitənin iclasına qatılan Abdullah Batili mətbuat konfransı keçirib.

Komitə üzvlərinin Liviyada sülh və sabitlik üçün çalışmaq əzmi və bağlılığını hiss etdiklərini bildirən Abdullah Batili görüşdə qonşu ölkələr və muzdlular məsələsini müzakirə etdiklərini və bu məsələnin həllinə qərar verdiklərini bildirib.

BMT-nin Liviyaya Dəstək Missiyasının rəhbəri Abdullah Batili deyib:
"Atəşkəs rejimini müşahidə edən beynəlxalq və yerli müşahidəçilərlə görüşdük və fəaliyyətlərini Sirte şəhərindən tamamlamaq imkanlarını müzakirə etdik. Siyasətçilərdən ordunun ölkəni mövcud böhrandan çıxarmaq üçün etdiklərinə sadiq qalmasını gözləyirik. Siyasətçilər qətiyyətli olarsa, Liviya böhranı sona çatacaq” .

Xatırladaq ki, yanvarın 15-də Liviyanın Sirte şəhərində 7 aydan sonra ilk dəfə keçirilən Birgə Hərbi Komitənin iclasında Liviya tərəfləri arasında 2020-ci ildə İsveçrənin Cenevrə şəhərində imzalanan atəşkəs razılaşmasının maddələri ilə yanaşı beynəlxalq və yerli müşahidəçilərin razılaşmaya dair fəaliyyətləri müzakirə olunub.

Birgə Hərbi Komitə sonuncu dəfə 2022-ci il iyunun 15-də Misirin paytaxtı Qahirədə toplaşıb.



Әlaqәli Xәbәrlәr