İsrail əsgərləri bir fələstinlini öldürüb

İşğal altındakı İordan çayının qərb sahilində İsrail əsgərlərinin açdığı atəş nəticəsində bir fələstinli həyatını itirib.

1933046
İsrail əsgərləri bir fələstinlini öldürüb

İşğal altındakı İordan çayının qərb sahilində İsrail əsgərlərinin açdığı atəş nəticəsində bir fələstinli həyatını itirib.

Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada "İşğalçı qüvvələrin Ramallahın şimalındakı Silvad qəsəbəsi yaxınlığında açdığı atəş nəticəsində bir fələstinli şəhid olub" deyilib.

Fələstinin WAFA agentliyində yer alan xəbərdə “Silvad qəsəbəsinin qərb girişində İsrail əsgərləri tərəfindən həqiqi güllələrlə yaralanan 45 yaşlı fələstinli aparıldığı xəstəxanada həyatını itirib" ifadələri yer alıb.

İsrailin "Kanal 12" telekanalı isə "bıçaqlı hücuma cəhd edən bir fələstinlinin İsrail ordusunda heç bir itkiyə səbəb olmadan zərərsizləşdirildiyini" qeyd edib.

İsrail rəsmiləri hadisə ilə bağlı hələlik açıqlama verməyib.

İsrail qüvvələri Beytlehem şəhərindəki Dehişa Qaçqınlar Düşərgəsinə basqın zamanı biri uşaq olmaqla 3 fələstinlini yaralayıb.

Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamaya görə, basqın zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində 14 yaşlı fələstinli uşağın başından yaralandığı və vəziyyətinin ağır olduğu bildirilib.

İsrail ordusu basqınlarla bağlı hələlik açıqlama verməyib.

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif ittihamlarla fələstinliləri həbs edir. Zaman-zaman basqınlara reaksiya verən Fələstin sakinləri ilə İsrail əsgərləri arasında insidentlər yaşanır.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, ilin əvvəlindən İsrail əsgərləri tərəfindən öldürülən fələstinlilərin sayı 3-ü uşaq olmaqla 13 nəfərə çatıb.



Әlaqәli Xәbәrlәr