İsrail əsgərlərinin sərt müdaxiləsi nəticəsində yeddi fələstinli də yaralanıb

İsrail hərbçilərinin işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərinə etdiyi basqın nəticəsində 7 fələstinli yaralanıb, 4-ü isə saxlanılıb.

1931812
İsrail əsgərlərinin sərt müdaxiləsi nəticəsində yeddi fələstinli də yaralanıb

İsrail hərbçilərinin işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərinə etdiyi basqın nəticəsində 7 fələstinli yaralanıb, 4-ü isə saxlanılıb.
Şahidlərin məlumatına görə, İsrail qüvvələri Nablus şəhərinə basqın edib.
Köhnə şəhəri mühasirəyə alan İsrail qüvvələri ilə onlarla fələstinli arasında toqquşma baş verib, ərazidə atışma səsləri eşidilib.

İsrail qüvvələri bir saatlıq basqından sonra şəhəri tərk edib.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada Nablusda baş verən olaylar nəticəsində  7 fələstinlinin yaralandığı bildirilib.

Açıqlamada İsrail qüvvələrinin açdığı atəş nəticəsində yaralanan fələstinlilərin vəziyyətinin stabil olduğu qeyd edilib.

Fələstin dövlət televiziyasında yayımlanan xəbərdə İsrail qüvvələrinin Nablusa təşkil etdiyi basqında 4 fələstinlinin İsrail qüvvələri tərəfindən saxlanıldığı bildirilib.

Fələstinli Əsirlər Dərnəyindən verilən yazılı açıqlamada İsrail qüvvələrinin səhər saatlarında İordan çayının qərb sahilinin müxtəlif şəhərlərinə basqın edərək 19 nəfəri saxladığı qeyd edilib.

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə vaxtaşırı basqınlar həyata keçirən İsrail qüvvələri müxtəlif ittihamlar irəli sürərək fələstinliləri həbs edir.
Vaxtaşırı basqınlara reaksiya verən Fələstin sakinləri ilə İsrail əsgərləri arasında qarşıdurmalar yaşanır.



Әlaqәli Xәbәrlәr