Filippində daşqınlar 11 nəfərin həyatına son qoyub

Filippində yanvarın 2-dən bəri davam edən leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində 11 nəfər həyatını itirib.

1931231
Filippində daşqınlar 11 nəfərin həyatına son qoyub

Filippində yanvarın 2-dən bəri davam edən leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində 11 nəfər həyatını itirib.
Ölkənin müxtəlif bölgələrində xüsusilə Bikol, Visayas və Mindanao bölgələrində yağan leysan yağışları daşqınlar və torpaq sürüşmələrinə səbəb olub.
Bəzi bölgələrdə suyun səviyyəsinin 3 metrə çatdığından kəndlər, yollar və əkin sahələri su altında qalıb.
Mülki Müdafiə İdarəsindən verilən məlumata görə, 11 nəfərin həyatını itirdiyi daşqın və torpaq sürüşmələri 63 101 ailəyə ziyan vurub, 815 ailə isə evlərini tərk etmək məcburiyyətində qalıb.



Әlaqәli Xәbәrlәr