Səudiyyə Ərəbistanından Həcc qərarı

Səudiyyə Ərəbistanı yeni növ koronavirus (Covid-19) epidemiyası zamanı zəvvarlara tətbiq edilən yaş və say məhdudiyyətlərinin bu il tətbiq edilməyəcəyini açıqlayıb.

1930437
Səudiyyə Ərəbistanından Həcc qərarı

Səudiyyə Ərəbistanı yeni növ koronavirus (Covid-19) epidemiyası zamanı zəvvarlara tətbiq edilən yaş və say məhdudiyyətlərinin bu il tətbiq edilməyəcəyini açıqlayıb.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Tevfik er-Rabia Ciddədə keçirilən “Expo Həcc 2023” sərgisinin açılışında çıxış edib.

cari il zəvvarlara yaş məhdudiyyəti qoyulmayacağını və sayının epidemiyadan əvvəlki kimi olacağını qeyd edən Rabia bu qərarı “şad xəbər” kimi qiymətləndirib.

Xatırladaq ki, "Covid-19" epidemiyası ilə əlaqədar Səudiyyə Ərəbistanı 2020-ci ildən sonra zəvvarlara yaş və say məhdudiyyətləri qoyub.

Bu səbəbdən 2019-cu ildə zəvvarların sayının 2,5 milyona çatması; 2020-ci ildə 10 min, 2021-ci ildə 60 min, 2022-ci ildə isə 779 min 919-u Səudiyyə Ərəbistanıdan kənarda olmaqla 899 min 353 ilə məhdud edilmişdi.

"Expo Həcc 2023" sərgi və konfransı yanvarın 12-dək davam edəcək.



Әlaqәli Xәbәrlәr