Tayvan Çinin hərbi təlimlərinə reaksiya verib

Tayvan Çin Xalq Azadlıq Ordusunun adanın yaxınlığında keçirdiyi son hərbi təlimləri pisləyib.

1929675
Tayvan Çinin hərbi təlimlərinə reaksiya verib

Tayvan Çin Xalq Azadlıq Ordusunun adanın yaxınlığında keçirdiyi son hərbi təlimləri pisləyib.

TRT-nin xəbərinə görə, mövzu ilə əlaqəli Tayvan hökumətindən verilən açıqlamada Tayvan boğazı başda olmaqla bölgədə sülh və sabitliyin həm Tayvanın, həm də Çinin məsuliyyətində olduğuna diqqət çəkilib.

Adanın ətrafında həyata keçirilən hərbi təlimlərin qəbul edilməz olduğu ifadə edilən açıqlamada Tayvanın münaqişələri mübaliğə edən və qarşıdurmalara səbəb olan tərəf olmayacağı, həmişə olduğu kimi suverenlik və təhlükəsizliyi müdafiə etməkdə davam edəcəyi vurğulanıb.

Xatırladaq ki, Tayvan Çin Xalq Azadlıq ordusuna məxsus 28 döyüş təyyarənin Tayvanın hava hücumundan müdafiə məkanına daxil olduğunu açıqlamışdı.



Әlaqәli Xәbәrlәr