Vladimir Putin Milad bayramında Ukraynada atəşkəsin tətbiq edilməsi ilə əlaqədar göstəriş verib

Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə bu gün yerli vaxtla saat 12:00-dan etibarən Ukraynada 36 saatlıq atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

1928786
Vladimir Putin Milad bayramında Ukraynada atəşkəsin tətbiq edilməsi ilə əlaqədar göstəriş verib

Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə bu gün yerli vaxtla saat 12:00-dan etibarən Ukraynada 36 saatlıq atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

Kremldən verilən yazılı açıqlamada, Vladimir Putinin pravoslav xristianların  Milad bayramı ilə əlaqədar Müdafiə Nazirliyinə Ukraynada müvəqqəti atəşkəs tətbiq edilməsi ilə bağlı göstəriş verdiyi bildirilib.

Açıqlamada bildirilir ki, atəşkəs yanvarın 6-da yerli vaxtla  saat 12.00-da başlayacaq və 36 saat davam edəcək.

“Münaqişənin yaşandığı bölgələrdə çox sayda pravoslav xristianların olmasına əsaslanaraq insanların Milad bayramında  dini mərasimlərdə iştirak edə bilməsi üçün Ukrayna tərəfinə də atəşkəs elan etməsi ilə əlaqədar çağırış edirik'',-deyə açıqlamada bildirilib.

Rus Pravoslav Kilsəsinin Patriarxı Kirill də Milad bayramı ərzində Ukraynada atəşkəsin tətbiq edilməsi ilə əlaqədar çağırış edib.
Qeyd edək ki, Ukrayna tərəfi atəşkəsə əməl etməyəcəklərini bəyan edib.
Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak rəsmi internet səhifəsində paylaşım edib.
“Rusiya işğal etdiyi əraziləri tərk etməlidir, yalnız bundan sonra müvəqqəti atəşkəs olacaq”,-deyə Mixail Podolyak paylaşımında vurğulayıb.
Podolyak həmçinin Patriarx Kirilin atəşkəs çağırışının da təbliğat xarakteri daşıdığını qeyd edib.
Xatırladaq ki, Rusiya qoşunları 2022-ci ilin 24 fevral tarixində Ukraynaya hücum edib.



Әlaqәli Xәbәrlәr