Şahzadə Harri qardaşını ittiham edib

Şahzadə Harri Meqana görə qardaşı ilə dalaşmasından danışdı.

1928574
Şahzadə Harri qardaşını ittiham edib

“The Guardian” qəzetində Harrinin “Spare” (“Ehtiyat”) avtobioqrafik kitabından çıxarışlar dərc edilib.

Memuar müəllifinin sözlərinə görə, ailə münaqişəsinə səbəb Uilyamın Harrinin həyat yoldaşını təhqir etməsi olub. Uilyam amerikalı aktrisa Meqan Marklı “ağır, kobud və sərt” adlandırıb və bunun fonunda mübahisə alovlanıb. Sonradan qardaşlar bir-birilərinə səslərini yüksəldiblər və bu da fiziki şiddətə gətirib çıxarıb. Harri deyib ki, Uilyam onun yaxasından tutub, boyunbağısını qoparıb və onu yerə yıxıb.

Qeyd edək ki, 10 yanvarda oxuçular  avtobioqrafik kitabı əldə  edə biləcəklər.



Әlaqәli Xәbәrlәr