Belçikada qrip epidemiyası tüğyan edir

Belçikada rəsmi qrip epidemiyasının elan edilməsi üçün lazımi şərtlərin yerinə yetirildiyi bildirilib.

1928276
Belçikada qrip epidemiyası tüğyan edir

Belçika Milli Xalq Sağlamlığı İnstitutu (Sciensano) qripə yoluxma hallarının sürətlə artdığını, bunun laboratoriya testləri və xəstəxanaya yerləşdirilmələr ilə yanaşı, həkim müayinələrində də müşahidə edildiyini bildirib.

İnstitutdan yayılan məlumata görə əhali arasında qrip və bronxit virusları ilə yanaşı, koronavirus və tənəffüs yolları xəstəliklərinə səbəb olan digər viruslar da geniş yayılıb.

Belçika hökumətinə “Covid-19” epidemiyasına qarşı mübarizədə məsləhətlər verən Sciensano rəsmisi Steven Van Quxt: “Xəstəxanalarımızda “Covid-19” hadisələri qədər qrip hadisələri də görməyə başladıq. Qrip hadisələrinin xəstəxanaya yerləşdirilmə ehtimalı yüksəkdir və onların sayı “Covid-19” xəstələrinin sayını ötə bilər. Bu mərhələdə əl təmizliyinə diqqət yetirilməli və insanların sıx olduğu yerlərdə maskadan istifadə edilməli, xəstəlik dövrü evdə keçirilməli, qapalı məkanlar havalandırılmalı və mümkünsə qrip əleyhinə peyvənd vurulmalıdır.

Qeyd edək ki, Belçikadan əvvəl Almaniya və Slovakiyada rəsmi olaraq qrip epidemiyası elan edilmişdi.

 



Әlaqәli Xәbәrlәr