İordaniyada daşqınlar nəticəsində bir nəfər ölüb

İordaniyanın cənubundakı Madaba əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində bir nəfər ölüb.

1928021
İordaniyada daşqınlar nəticəsində bir nəfər ölüb

İordaniyanın cənubundakı Madaba əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində bir nəfər ölüb.
Təxminən bir həftədir ölkənin mərkəzi və cənub bölgələrində yağan leysan yağışları bəzi rayonlarda daşqınlara səbəb olub.
İordaniya Polis Departamentinin sözçüsü Əmir əs-Servati Mədəbə əyalətinin Xan əl-Zeyb bölgəsində baş verən daşqınlar zamanı  bir nəfərin itkin düşdüyünü bildirib.
Əmir əs-Servati mülki müdafiə və təhlükəsizlik qruplarının 20 kvadrat kilometrlik sahədə saatlarla davam etdirdikləri axtarışlar nəticəsində itkin düşən şəxsin meyitini tapdıqlarını ifadə edib.



Әlaqәli Xәbәrlәr