Nigeriyada 63 mülki vәtәndaş girov götürülüb

Nigeriyanın Niger əyalətində naməlum silahlı şəxslər 63 mülki vətəndaşı girov götürüb.

1927374
Nigeriyada 63 mülki vәtәndaş girov götürülüb

Nigeriyanın Niger əyalətində naməlum silahlı şəxslər 63 mülki vətəndaşı girov götürüb.
Yerli mətbuat orqanların yaydığı məlumata görə, silahlı şəxslər Nigerin üç kəndinə basqın ediblər.
Basqında Durmin kəndindən 41, Carmiyadan 14 və Pandoqaridən 8 olmaqla ümumilikdə 63 mülki vətəndaş girov götürülüb.
Şahidlər hücuma məruz qalan kəndlərin ordu qərargahından təxminən 10 kilometr aralıda olduğunu bildiriblər.
Son illərdə Nigeriyada dinc vətəndaşlara vaxtaşırı hücumlar edilir.



Әlaqәli Xәbәrlәr