İsrail Müdafiə Nazirliyi büdcəsinin artırılmasını tələb edib

İsrail Müdafiə Nazirliyi İrana mümkün hücuma hazırlıq məqsədilə büdcəsinin artırılmasını istəyib.

1926914
İsrail Müdafiə Nazirliyi büdcəsinin artırılmasını tələb edib

İsrail Müdafiə Nazirliyi İrana mümkün hücuma hazırlıq məqsədilə büdcəsinin artırılmasını istəyib.

İsrail İctimai Yayım Korporasiyası (KAN) adını açıqlamadığı təhlükəsizlik mənbəyinə əsaslanaraq, mövzu ilə bağlı xəbər yayıb.

Xəbərdə Müdafiə Nazirliyinin 2023 və 2024-cü illər üçün 10 milyard şekel (2,8 milyard dollar) artım tələb etdiyi, bunun da cari büdcədə 12 faiz artıma səbəb olduğu bildirilib.

Xəbərdə belə bir tələbin İrana qarşı mümkün hərbi hücuma hazırlıq və inflyasiyanın nazirliyin büdcəsində yaratdığı ərimə səbəbilə edildiyi, bunun isə "real olmayacaq qədər şişirdildiyi" qeyd oyunub.

İsrailin Baş naziri Benyamin Netanyahunun yeni qurduğu hökumətinin məqsədlərindən biri də İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

Keçən il də israilli bir çox rəsmi İran nüvə silahına malik olacağı təqdirdə hərbçilərin mümkün hücuma hazırlaşdığını bildirmişdi.



Әlaqәli Xәbәrlәr