ABŞ-da daşqınlar nәticәsindә 2 nәfәr ölüb

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının bəzi bölgələrində baş verən daşqınlar nəticəsində 2 nəfər həyatını itirib.

1926992
ABŞ-da daşqınlar nәticәsindә 2 nәfәr ölüb

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının bəzi bölgələrində baş verən daşqınlar nəticəsində 2 nəfər həyatını itirib.
Sakramentodakı fövqəladə yardım qrupları daşqınlar səbəbindən qapalı qalan çox sayda insanı helikopterlə təhlükəsiz bölgələrə daşıyıb.
Leysan yağışların yağdığı  Kaliforniya və Nevada ştatlarında təxminən 235 min ev və iş yerinin elektrik enerjisiz qaldığı bildirilib.
Zəlzələ ilə bağlı araşdırmalar aparan ABŞ Geoloji Xidmətinin məlumatına görə, Kaliforniya ştatının Rio Dell qəsəbəsində 5,4 bal gücündə zəlzələ baş verib.
Rio Dell bələdiyyəsindən verilən açıqlamada zəlzələ nəticəsində bölgədə 100-ə yaxın evin zərər gördüyü bildirilib.
Açıqlamada zəlzələ səbəbindən qəsəbə sakinlərinin yarısının işığının, 30 faizinin isə suyunun kəsildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr