Yaponiya müdafiə siyasətini dəyişdi

Yeni müdafiə strategiyasına əsasən qeyd olunub ki...

1926066
Yaponiya müdafiə siyasətini dəyişdi

 

  Yaponiya uzaqmənzilli raketlər istehsal etməyi planlaşdırır.

  Yaponiya hökuməti Şimali Koreyanın nüvə və raket proqramlarının və Çinin Sakit Okeanda regional təsirinin artdığını əsas gətirərək dekabrın ortalarında müdafiə siyasətini dəyişib.

  Yeni müdafiə strategiyasına əsasən qeyd olunub ki, Yaponiya düşmən ərazisinə effektiv əks-hücum etmək imkanı qazanmalıdır. Bu çərçivədə 2-3 min kilometr mənzilli raketlər istehsal ediləcək.

  Yerli istehsal layihəsi çərçivəsində 2000 kilometr mənzilli raketin 2030-cu illərin əvvəllərində Özünümüdafiə Qüvvələrinə (SDQ) təhvil verilməsi planlaşdırılır.



Әlaqәli Xәbәrlәr