Filippində daşqınlar nəticəsində həyatını itirənlərin sayı 32 nəfərə çatıb

Filippində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində həyatını itirənlərin sayı 32 nəfərə yüksəlib.

1925348
Filippində daşqınlar nəticəsində həyatını itirənlərin sayı 32 nəfərə çatıb

Filippində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində həyatını itirənlərin sayı 32 nəfərə yüksəlib.
Filippin Fövqəladə Hallar İdarəsindən verilən məlumata əsasən, təbii fəlakət nəticəsində  25 nəfər ölüb, 11 nəfər yaralanıb və 24 nəfər itkin düşüb. Açıqlamada həyatını itirən 32 nəfərdən azı 16-nın Mindanao bölgəsindən olduğu və bölgənin təbii fəlakətdən ən çox zərər çəkdiyi bölgələrdən biri olduğu bildirilib. Təbii fəlakət səbəbindən 80 mindən çox insanın təxliyə mərkəzlərinə sığındığı, 300-dən çox ərazinin su altında qaldığı vrə 20 bölgrədrə torpaq sürüşmrəsinin baş verdiyi bildirilib.
Meteoroloji Agentliyinin məlumatına görə, mərkəzi və cənub rayonlarında cümə axşamına kimi arabir yağışlar davam edəcək.

Təbii fəlakət nəticəsində  4 068 evin,123 yol və 12 körpünün daşqınlardan zərər gördüyü, elektrik enerjisinin verilməsində məhdudiyyətlərin olduğu bildirilib.
Hər il təxminən 20 tayfun və fırtına ilə üzləşən Filippin təbii fəlakətlərdən ən çox əziyyət çəkən ölkələrdən biridir.

 

 

 



Әlaqәli Xәbәrlәr