Ukraynada bir avstraliyalı da həlak olub

Ukrayna-Rusiya müharibəsi nəticəsində  daha bir avstraliyalının öldüyü açıqlanıb. Avstraliya Xarici İşlər və Ticarət Departamenti (DFAT) 24 yaşlı Sage O'Donnellin Ukraynada Rusiyaya qarşı davam edən müharibə nəticəsində  həlak olduğunu bildirib.

1924912
Ukraynada bir avstraliyalı da həlak olub

Ukrayna-Rusiya müharibəsi nəticəsində  daha bir avstraliyalının öldüyü açıqlanıb.
Avstraliya Xarici İşlər və Ticarət Departamenti (DFAT) 24 yaşlı Sage O'Donnellin Ukraynada Rusiyaya qarşı davam edən müharibə nəticəsində  həlak olduğunu bildirib.
Ölən avstraliyalının anası bildirib ki, Sage Rusiyanın Ukrayna xalqına qarşı haqsızlığına görə döyüşmək qərarına gəlib.
Fevralın 24-dən etibarən  davam edən Ukrayna-Rusiya müharibəsində əcnəbi əsgərləri izləyən “Memorial-International Legion Defence of Ukraine” adlı ''Facebook'' səhifəsində O’Donnel-in Ukraynada könüllü döyüşdüyü bildirilib.
Ukraynada davam edən  müharibə zamanı  daha əvvəl üç avstraliyalı həlak olub.



Әlaqәli Xәbәrlәr