ABŞ-da qar fırtınasında ölənlərin sayı 65 nəfərə çatıb

ABŞ-ın mərkəzi və şərq ştatlarında qar fırtınası qurbanlarının ümumi sayı 65 nəfərə çatıb.

1924782
ABŞ-da qar fırtınasında ölənlərin sayı 65 nəfərə çatıb

ABŞ-ın mərkəzi və şərq ştatlarında qar fırtınası qurbanlarının ümumi sayı 65 nəfərə çatıb.

ABŞ-da KİV-in məlumatına görə, ölənlərin sayı arta bilər. Ştatın bu hissəsinə güclü qar yağması davam edir və hakimiyyət bunun daha çox qurbanlara səbəb olacağından ehtiyat edir.

Qar fırtınası nəticəsində ölüm halları Kanzas, Kentukki, Missuri, Ohayo və Tennessi də daxil olmaqla 11 ştatda da qeydə alınıb.

ABŞ-da pis hava şəraiti səbəbindən 1,8 mindən çox reys ləğv edilib. Şiddətli hava xəbərdarlığı ölkənin mərkəzi və şərq hissələrində təqribən 175 milyon amerikalıya təsir edib. Pis hava şəraitinin bu həftə də davam edəcəyi gözlənilir.

Bütün ölkədə əlverişsiz hava şəraiti hökm sürərkən, ABŞ prezidenti Co Bayden ailəsi ilə bir həftəlik tətilə çıxıb.

Baydenin Karib dənizinə tətili xüsusilə mühafizəkarlar tərəfindən böyük tənqidlərə səbəb olub.



Әlaqәli Xәbәrlәr