İrandakı qərblilərə “ölkəni tərk edin” çağırışı

İngiltərədə Mühafizəkarlar Partiyasının millət vəkili Alisia Kirns İranda İngiltərə ilə əlaqəsi olan 7 nəfərin həbsindən sonra qərbliləri bu ölkəni tərk etməyə çağırıb.

1924031
İrandakı qərblilərə “ölkəni tərk edin” çağırışı

İngiltərədə Mühafizəkarlar Partiyasının millət vəkili Alisia Kirns İranda İngiltərə ilə əlaqəsi olan 7 nəfərin həbsindən sonra qərbliləri bu ölkəni tərk etməyə çağırıb.

İranda aralarında ikili vətəndaşlığı olanların da olduğu Böyük Britaniya ilə əlaqəsi olan yeddi şübhəli İranda həbs edilib.

Britaniya parlamentinin millət vəkili Alisia Kirns bildirib ki, İran rejim əleyhinə etirazların şiddətləndiyi bir vaxtda xarici gücləri günahlandırmaq üçün insanları saxlayıb.

Kirns bütün qərbliləri bu ölkəni mümkün qədər təhlükəsiz tərk etməyə çağırıb.

Xatırladaq ki, sözügedən 7 nəfərin “Zaqros” kod adlı qrupun üzvləri olduğu və Kirman vilayətində həbs edildiyi açıqlanıb.

Sentyabrın 13-də paytaxt Tehranda əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra xəstələnərək xəstəxanaya yerləşdirilən 22 yaşlı Məhsa Əminin sentyabrın 16-da vəfat etməsi ölkədə hakimiyyətə qarşı etirazlara səbəb olub.

İran İnqilab Keşikçiləri Ordusu Hərbi Hava Qüvvələri komandanı briqada generalı Əmir Əli Hacızadə noyabrın 29-da etdiyi çıxışında ölkədə təxminən 3 aydır davam edən etirazlarda təhlükəsizlik qüvvələri də daxil olmaqla 300-dən çox insanın həyatını itirdiyini bildirib. İranın Təhlükəsizlik Şurası dekabrın 3-də ölənlərin ümumi sayının 200-ü keçdiyini açıqlayıb.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) dekabrın 17-də dərc etdiyi hesabatında M.Əminin ölümündən sonra başlayan küçə nümayişlərinə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 469 etirazçının öldüyünü bildirib.



Әlaqәli Xәbәrlәr