İsrail qüvvәlәri fәlәstinlilәrә müdaxilә etdi, yaralananlar var

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində inşa edilən qeyri-qanuni yaşayış məntəqələrinə qarşı etiraz aksiyası keçirən fələstinlilərə müdaxilə edib, nəticədə 5 fələstinli yaralanıb.

1923089

İsrail əsgərləri Kalkiyanın şərqindəki Kefr Kaddum və Nablusun Usarin, Beyt Decen və Beitta qəsəbələrində inşa edilən qeyri-qanuni yaşayış məntəqələrinə qarşı keçirilən nümayişlərə rezin güllə və gözyaşardıcı qazla müdaxilə edib.
Fələstin Xalq Müqavimət Komitələrinin koordinatoru Murat Şetivi verdiyi yazılı açıqlamada İsrail qüvvələrinin Kefr Kaddumda nümayişçilərə müdaxiləsi nəticəsində 4 fələstinlinin yaralandığını bildirib.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada İsrail qüvvələrinin Usarin qəsəbəsində nümayiş keçirən fələstinlilərə müdaxiləsi nəticəsində 1 fələstinlinin yaralandığı qeyd olunub.
Açıqlamada Beyt Decen və Beytada da çox sayda insanın gözyaşardıcı qazdan zəhərləndiyi vurğulanıb.

Әlaqәli Xәbәrlәr