Çin Amerika rəsmilərinə sanksiya tətbiq edib

Çin iki ABŞ vətəndaşına sanksiya tətbiq edib.

1923029
Çin Amerika rəsmilərinə sanksiya tətbiq edib

 Çin  qərarın Tibet Muxtar Bölgəsində insan haqlarının pozulması ilə bağlı ABŞ-ın iddialarına cavab olaraq qəbul edildiyini bildirib.

Sanksiya tətbiq edilənlər ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun xarici siyasət üzrə müşaviri vəzifəsində çalışmış Yuy Maoçun və ABŞ Konqresinin Çin üzrə İcraiyyə Komitəsinin kadrlar üzrə direktor müavini Todd Steyndir.

Xatırladaq ki, ABŞ dekabrın 9-da Tibetdə insan haqlarının pozulduğunu əsas gətirərək iki Çin rəsmisinə qarşı sanksiya tətbiq etmişdi.

 



Әlaqәli Xәbәrlәr