BMT Suriyaya humanitar yardımın davam etdirilməsi ilə əlaqədar çağırış edib

Türkiye Qərb ölkələri və Birləşmiş Millətlər Təşkilatına (BMT) beynəlxalq humanitar yardımın Cilvegözü sərhəd-keçid məntəqəsindən Suriyaya humanitar yardımın göndərildiyi mexanizmin yeniləməsi ilə əlaqədar çağırış edib.

1922196
BMT Suriyaya humanitar yardımın davam etdirilməsi ilə əlaqədar çağırış edib

Türkiye Qərb ölkələri və Birləşmiş Millətlər Təşkilatına (BMT) beynəlxalq humanitar yardımın Cilvegözü sərhəd-keçid məntəqəsindən Suriyaya humanitar yardımın göndərildiyi mexanizmin yeniləməsi ilə əlaqədar çağırış edib.

BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu humanitar böhranın davam etməsi və artan ehtiyaclar səbəbindən humanitar yardımın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Feridun Sinirlioğlu deyib: "Transsərhəd yardım mexanizmi Suriyanın şimal-qərbində yaşayan milyonlarla insan üçün etibarlı humanitar xətt olduğunu sübut etdi. Buna təhsil, müdafiə və səhiyyə sahəsində kritik dəstək daxildir''.
İrlandiyanın BMT-dəki daimi nümayəndəsi Ferqal Miten də humanitar kanalların daim mövcud olması ilə əlaqədar çağırış edib.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) BMT-dəki daimi nümayəndəsi Robert Vud isə  BMT-nin transsərhəd yardım mexanizminin dünyadakı ən təhlükəsiz və şəffaf əməliyyatlardan biri olduğunu bildirib.

BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits sosial-iqtisadi deqradasiyanın böhran başlayandan bəri ən pis səviyyədə olduğunu ifadə edərək humanitar mexanizmin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia Qərb ölkələrini Suriyaya humanitar yardım mexanizmini siyasiləşdirməkdə ittiham edərək “Bu, qətiyyən qəbuledilməzdir” deyib.

BMT-nin məlumatına görə, 2023-cü ildə təxminən 15,3 milyon insanın  humanitar müdafiə və yardıma ehtiyacı olacaq.

Uzun müddət davam edən yardım mexanizmi 2023-cü il yanvarın 10-da başa çatır.

BMT Təhlükəsizlik Şurasının 2014-cü ildə qəbul etdiyi qətnamə layihəsinə əsasən, Suriyanın şimal-qərbindəki bölgələrə beynəlxalq yardım göndərilir.

Yardım proqramının uzadılması üçün Şuranın beş daimi üzvündən (Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniya) heç birinin etiraz etməməsi şərti ilə azı 9 üzvün təsdiqi tələb olunur. 



Әlaqәli Xәbәrlәr