BMT İranda insan haqları ilə bağlı Təhqiqat Missiyası təyin etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasından verilən yazılı açıqlamada bildirilir ki...

1921490
BMT İranda insan haqları ilə bağlı Təhqiqat Missiyası təyin etdi

 

  Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurası tərəfindən İranda insan haqlarının pozulması ilə bağlı iddiaları araşdırmaq üçün yaradılmış Təhqiqat Missiyasının üzvləri təyin olunub.

  Şuradan verilən yazılı açıqlamada bildirilir ki, şura sədri və Argentinanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi səfir Federiko Villeqas (Federico Villegas) 3 müstəqil hüquqşünası araşdırma komitəsinə üzv təyin edib.

  Banqladeş Ali Məhkəməsi hüquqşünaslarından Sara Hüseyn, Uorvik (Warwick) Universitetinin İslam hüququ professoru, Pakistan əsilli Şahin Sərdar Əli ilə Ədalət və Beynəlxalq Hüquq Mərkəzinin (CEJIL) direktoru, argentinalı hüquqşünas Viviana Krsticevic (Viviana Krsticevic) nümayəndə heyətindədir.

  Qeyd olunub ki, şuranın 2023-cü ilin iyununda keçiriləcək sessiyasında İranda insan haqlarının vəziyyəti ilə bağlı nümayəndə heyəti üzvlərinin ilk hesabatı dərc olunacaq, ətraflı hesabat isə 2024-cü ilin martında keçiriləcək sessiyada paylaşılacaq.

  BMT İnsan Haqları Şurasının noyabrın 24-də keçirilən xüsusi iclasında İranda insan haqları pozuntularını araşdırmaq üçün tədqiqat qrupunun təyin edilməsi təklifi səs çoxluğu ilə qəbul edilib. İclasda İranda sentyabrın 16-dan bu yana davam edən etiraz nümayişlərinə təhlükəsizlik qüvvələrinin müdaxiləsi zamanı insan hüquqlarının pozulması iddiaları müzakirə edilib və hadisələrin araşdırılması üçün təhqiqat qrupunun təyin edilməsi ilə bağlı qərar layihəsi təqdim olunub.



Әlaqәli Xәbәrlәr