Almaniyada səhhiyə sisteminə ağır zərbə

Almaniyada qrip hadisələrində artım, RSV tənəffüs yolu virusu, yeni növ koronavirus (Covid-19) epidemiyası, kadr çatışmazlığı və dərman qıtlığı səhiyyə sisteminə ağır zərbə endirib.

1920603
Almaniyada səhhiyə sisteminə ağır zərbə

TRT xəbər verir ki, Almaniya Tibb Assosiasiyasının rəhbəri Klaus Reynhardt “Tagesspiegel” qəzetinə açıqlamasında bu barədə danışıb. Bəzi dərmanların tədarükündə çətinlik çəkildiyinə diqqət çəkən Reynhardt insanları kollektiv iş yolu ilə bir-birinə kömək etməyə çağırıb: “Dərman kabinetlərindəki istifadə olunmayan dərmanlar xəstələrə çatdırılaraq qiymətləndirilməlidir”.

Almaniya Xəstəxanalar Birliyinin (DKG) prezidenti Gerald Gass da səhiyyə işçilərinin sayının 9-10% azalmasının, “Covid-19” epidemiyası, qrip və RSV respirator virusuna yoluxan uşaq sayında artımın davam etməsinin səhhiyyə xidmətlərini ləng etdiyini vurğulayıb.

Səhiyyə sistemindəki problemlərin bunlarla məhdudlaşmadığını ifadə edən ekspertlər tibbi sığorta şirkətlərindəki bürokratiyadan da şikayətləniblər:

“Səhiyyə sistemində işləmək üçün kifayət qədər ixtisaslı kadrlar yoxdur. Hər il yüz minlərlə işçi təqaüdə çıxır. Beləcə kadr çatışmazlığı artaraq davam edir”.



Әlaqәli Xәbәrlәr