Almaniyada uşaq klinikalarında sıxlıq yaranıb

Almaniyada tənəffüs yolu xəstəliklərinin həddindən artıq artması səbəbindən, uşaq xəstəxanalarının əksəriyyətinin dolu olduğu bildirilir.

1919803
Almaniyada uşaq klinikalarında sıxlıq yaranıb

TRT xəbər verir ki bu barədə Robert Koch İnstitutundan (RKİ) məlumat yayılıb. Bildirilib ki, tənəffüs yolu xəstəliyi olan RSV virusu epidemiyası səbəbiylə xüsusilə uşaq baxım xəstəxanalarında sıxlıq yaranıb. Əksər xəstəxanalar stasionar xəstələri qəbul edə bilmirlər, bəzi xəstələr isə digər xəstəxanalara köçürülür.

Açıqlamada intensivliyin davam edəcəyinin gözlənildiyinə də diqqət çəkilib. Ölkədə soyuq havanın təsirindən təxminən 9,5 milyon insanın xəstələndiyi ifadə edilən məlumatda, bir çox klinikalarda əməliyyatların ləğv edildiyi, bəzi dərmanların apteklərdə çətin tapıldığı bildirilib.

Qeyd edək ki, “Covid-19”-dan qorunma tədbirləri çərçivəsində istifadə edilən maska tələbinin götürülməsi tənəffüs yolu xəstəliklərinin artmasının mühüm səbəbi kimi göstərilir.

 



Әlaqәli Xәbәrlәr