Konqo Demokratik Respublikasında 30 üsyançı zərərsizləşdirilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki İturi əyalətində KDR və Uqanda ordularının birgə əməliyyatında 30 üsyançının zərərsizləşdirildiyi açıqlanıb.

1918533

Konqo Demokratik Respublikası Silahlı Qüvvələrindən verilən açıqlamaya görə, İturi vilayətinin Boqa bölgəsində yerləşən Demokratik Alyans Qüvvələrinin  ADF adlı üsyançı qruplaşmaya məxsus düşərgəni məhv etdiyi bildirilib.
Düşərgədə  azı 30 üsyançının öldürüldüyü və hərbi sursatlarının  ələ keçirildiyi qeyd olunub.
Xatırladaq ki, üsyançıların 2022-ci ilin 2 dekabr tarixində eyni bölgədə törətdiyi hücum nəticəsində 272 mülki vətəndaş həyatını itirmişdi.
Konqo Demokratik Respublikası, Burundi və Uqanda orduları 2021-ci ilin noyabrından Konqo Demokratik Respublikasının şərq bölgələrində üsyançılara qarşı mübarizəni dəstəkləmək üçün birgə əməliyyatlar keçirir.

Әlaqәli Xәbәrlәr