ABŞ-Afrika Liderlər Sammiti

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin dəvəti ilə paytaxt Vaşinqtonda keçirilən və təxminən 50 Afrika liderinin qatıldığı üç günlük ABŞ-Afrika Liderlər Sammitinin ilk günü sona çatdı.

1918677
ABŞ-Afrika Liderlər Sammiti

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin dəvəti ilə paytaxt Vaşinqtonda keçirilən və təxminən 50 Afrika liderinin qatıldığı üç günlük ABŞ-Afrika Liderlər Sammitinin ilk günü sona çatdı.
Dünən sammitə ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin ev sahibliyi ediblər.
Səhər saatlarında Afrika diasporu gəncləri və vətəndaş cəmiyyəti ilə bağlı keçirilən görüşlərə qatılan Blinken ABŞ və Afrika ölkələri arasında kosmos sahəsində əməkdaşlığa dair yüksək səviyyəli toplantıda iştirak edib.
Nigeriya və Ruanda 2025-ci ilə qədər insanların Aya qayıtmasını asanlaşdırmaq üçün ABŞ ilə kosmos sazişləri imzalayan ilk Afrika ölkələri oldu.
ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin gün ərzində keçirilən Sülh, Təhlükəsizlik və İdarəçilik Forumunda da iştirak ediblər.
Sessiyada Mozambik, Niger və Somali prezidentləri də məruzəçi qismində iştirak ediblər.
Sessiyada ABŞ nazirləri və Afrika liderləri təhlükəsizlik, sabitlik və davamlı demokratiyanın inteqrasiyasını müzakirə ediblər.
Zirvə görüşündə E.Blinken və L.Ostin Niger prezidenti Məhəmməd Bazoum, Somali prezidenti Həsən Şeyx Mahmud və Cibuti prezidenti İsmayıl Ömər Quelle ilə görüşüblər.
ABŞ Dövlət Departamentinin görüşlə bağlı verdiyi yazılı açıqlamada ABŞ əsgərlərinin yerləşdiyi 3 ölkənin təhlükəsizlik, iqtisadi inkişaf və insan haqlarına hörmət məsələlərinin müzakirə edildiyi bildirilib.
Blinken həmçinin Efiopiyanın baş naziri Abiy Əhməd ilə də görüşüb.



Әlaqәli Xәbәrlәr