BMT və Aİ İrandakı edama reaksiya göstərib

Birləşmiş Millətlər Təşkilatı İranda ölkə miqyasında etirazlarla əlaqədar edam cəzasına məhkum edilmiş 23 yaşlı yeniyetmənin edamını pisləyib.

1916684
BMT və Aİ İrandakı edama reaksiya göstərib

Birləşmiş Millətlər Təşkilatı İranda ölkə miqyasında etirazlarla əlaqədar edam cəzasına məhkum edilmiş 23 yaşlı yeniyetmənin edamını pisləyib.

Birləşmiş Millətlər Təşkilatından (BMT) verilən yazılı açıqlamada BMT ekspertlərinin İranda edam hökmləri ilə bağlı narahatlıqlara diqqət çəkdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, İran rəsmiləri 23 yaşlı iranlı gənc və 12 nəfərə verilən edam hökmünü təsdiqləyib.

Ədalətli olmayan məhkəmələrə görə edamların insanları həyatdan məhrum etdiyi vurğulanan bəyanatda BMT ekspertlərinin 23 yaşlı gəncin edamını pislədikləri qeyd edilib.

Ekspertlər həmçinin İranı ölüm cəzasını ləğv etmək üçün moratorium qoymağa çağırıblar.

BMT baş katibinin sözçüsü Stefan Düjarrik də BMT-nin edam cəzasının tətbiqinin qəti əleyhinə olduğunu bildirib və İranı edamları dərhal dayandırmağa çağırıb.

Avropa İttifaqı (Aİ) də İranın etirazlar zamanı həbs edilən bir şəxsi edam etməsini pisləyib və İranı ölüm hökmünü dayandırmağa çağırıb.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellin ofisindən verilən yazılı açıqlamada “Aİ İran hakimiyyətini gələcəkdə ölüm cəzası tətbiq etməkdən və edamlardan çəkinməyə və ölüm cəzasının tamamilə ləğv edilməsinə dair tutarlı siyasət yürütməyə çağırır" deyilib.

Xatırladaq ki, İranda gənc bir qadının polis nəzarətinə götürülməsi və sonra da ölümü qarşısında başlayan etiraz aksiyalarına görə dekabrın 8-də ilk ölüm hökmü icra edilib.

Möhsin Şekari İranda Məhsa Əmini etirazları ilə bağlı edam edilən ilk nümayişçi olub.



Әlaqәli Xәbәrlәr