A.Vuçiç: ''Türkiyeni Qərbi Balkan ölkələrində sülh və sabitliyi qoruyan tərəfdaş hesab edirik''

Serbiya Prezidenti Aleksandar Vuçiç Türkiyeni Qərbi Balkan ölkələrində sülh və sabitliyi qoruyan tərəfdaş kimi gördüklərini bildirib.

1916751
A.Vuçiç: ''Türkiyeni Qərbi Balkan ölkələrində sülh və sabitliyi qoruyan tərəfdaş hesab edirik''
Aleksandar Vucic.jpg
Aleksandar Vucic-Sentop.jpg

Serbiya Prezidenti Aleksandar Vuçiç Türkiyeni Qərbi Balkan ölkələrində sülh və sabitliyi qoruyan tərəfdaş kimi gördüklərini bildirib.
Aleksandr Vuçiç Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Assambleyasının (QDİƏT) sədrliyinin Türkiyeyə təhvil verildiyi 60-cı Baş Assambleyada iştirak etmək üçün Belqrada gedən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopu qəbul edib.
Vuçiç Şentopla görüşdən sonra sosial media hesabında paylaşım edib.
"Hörmətli qonağımız Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla yenidən görüşməkdən  şərəf duydum. Fürsətdən istifadə edərək, əziz dostum Rəcəb Tayyib Ərdoğana salamlarımı çatdırdım",-deyə Serbiya Prezidenti qeyd edib.
Mustafa Şentopla iki ölkə arasındakı əlaqələri müzakirə etdiklərini bildirən Aleksandr Vuçiç iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, ölkəsindəki türk sərmayələri və regional məsələləri də müzakirə etdiklərini qeyd edib.
Türkiyənin bölgədə böyük rola sahib olduğunu vurğulayan Aleksandr  Vuçiç deyib:“Serbiya Türkiyeni Qərbi Balkanlarda sülh və sabitliyi qoruyan, təkcə Serbiyada deyil, bütün region ölkələrində vətəndaşların ümumi təhlükəsizliyinə töhfə verən, infrastruktur sahəsində layihələrin həyata keçirilməsinə dəstək verən tərəfdaş kimi görür''.



Әlaqәli Xәbәrlәr