İsrail əsgərlərinin açdığı atəş nəticəsində 3 fələstinli həlak olub

Fələstinin işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərində İsrail əsgərlərinin açdığı atəş nəticəsində 3 fələstinli həlak olub.

1916424
İsrail əsgərlərinin açdığı atəş nəticəsində 3 fələstinli həlak olub

Fələstinin işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərində İsrail əsgərlərinin açdığı atəş nəticəsində 3 fələstinli həlak olub.

Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada bu gün səhər İsrail işğalçı qüvvələrinin Cenin bölgəsinə hücumu zamanı 3 nəfərin öldüyü qeyd edilib.

Açıqlamada həyatını itirənlərlə bağlı ətraflı məlumat verilməyib.

Bölgədəki şahidlərin sözlərinə görə, Cenin şəhərinə basqın edən İsrail qüvvələri ilə onlara etiraz edən onlarla fələstinli arasında toqquşma baş verib. İsrail əsgərlərinin fələstinlilərə məxsus avtomobilləri atəşə tutması nəticəsində çox sayda insan yaralanıb.

Digər tərəfdən, İslami Cihad Hərəkatının hərbi qanadı Qüds Seriyyeleri Cenin qaçqın düşərgəsi ətrafında işğalçı qüvvələrə silahla müqavimət göstərdiklərini və bəzilərini yaraladıqlarını açıqlayıb.

İsrail ordusundan verilən yazılı açıqlamada İsrail əsgərlərinin İordan çayının qərb sahilindəki Cenin, Ramallah, Nablus və Hebron şəhərlərində silsilə basqınlar təşkil etdiyi bildirilib.

Reydlər zamanı “terror və təhlükəsizliklə əlaqəli cinayətlərlə bağlı” 15 şübhəli saxlanılıb.

İsrail ordusunun bəyanatında Cenin basqınında öldürülən 3 fələstinli ilə bağlı məlumat yer almayıb.

Bu ilin əvvəlindən demək olar ki, hər gün İordan çayının qərb sahilində reydlər keçirən İsrail qüvvələri bu basqınlarda tez-tez mülki fələstinliləri hədəfə alır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqladığı məlumatlara görə, 2005-ci ildə BMT-nin bölgədə qeydlər aparmağa başlamasından bu yana 2022-ci il "İordan sahilinin qərb sahilində ən qanlı il" olaraq qeydə alınıb.

Buna görə, 29 noyabr 2022-ci ilə qədər 153-ü İordan çayının qərb sahilində və 52-si Qəzzada olmaqla 205 fələstinli öldürülüb. Bu ölümlərin 47-si uşaqlardır.

BMT qeyd edib ki, bu ölümlər “əksər hallarda İsrail təhlükəsizlik qüvvələrinin qeyri-mütənasib və ölümcül güc tətbiqi kimi görünən səbəblərdən” olub.



Әlaqәli Xәbәrlәr