Dmitri Peskov jurnalistlәrin suallarını cavablandırıb

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynada daha çox ərazinin ilhaqını planlaşdırmadıqlarını bildirib.

1916525
Dmitri Peskov jurnalistlәrin suallarını cavablandırıb

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynada daha çox ərazinin ilhaqını planlaşdırmadıqlarını bildirib.

Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin suallarını cavablandırıb.

Jurnalistlərin  “Rusiyanın Ukraynada yeni əraziləri ilhaq etməyi planlaşdırıb-planlaşdırmadığı'' ilə bağlı sualının cavablandıran Dmitri Peskov deyib:

“Gündəmdə belə bir şey yoxdur. Ən azından bu istiqamətdə heç bir bəyanat verilmədi, amma hələ də mövcud rayonların azad edilməsi üçün görüləsi işlər çoxdur. Rusiyaya yeni daxil edilən bəzi rayonlardakı torpaqlar azad edilməlidir'',-deyə Dmitri Peskov qeyd edib.

Peskov vurğulayıb ki, Kiyev administrasiyası istəsə, münaqişələr sabah da bitə bilər və Ukrayna prezidenti Vladimir Zelenski bu vəziyyətdən xəbərdardır.

Krımdakı vəziyyətə toxunan Dmitri Peskov deyib:“Təhlükələr hələ də qalmaqdadır, çünki Ukrayna tərəfi hücumları davam etdirir''.



Әlaqәli Xәbәrlәr