Co Bayden Konqresi yarı avtomatik silahları qadağan etməyə çağırıb
ABŞ prezidenti Co Bayden Konqresi yarı avtomatik silahları qadağan etməyə çağırıb.

ABŞ prezidenti Co Bayden Konqresi yarı avtomatik silahları qadağan etməyə çağırıb.
ABŞ-da silahlı zorakılığın qurbanları, paytaxt Vaşinqtondakı Müqəddəs Mark kilsəsində keçirilən mərasimdə anılıb.
Mərasimdə açılış nitqi ilə çıxış edən senator Chris Murphy bu il Konqresin və Baydenin təsdiqi ilə qüvvəyə minən və silah satışına müəyyən məhdudiyyətlər qoyan “Daha təhlükəsiz cəmiyyətlər qanunu''na verdiyi dəstəyə görə Baydenə təşəkkür edib.
Daha sonra 2012-ci ildə Konnektikutdakı Sandy Hook məktəbinə edilən hücumun şahidlərindən biri olan Ceki Hagerti çıxış edib və Baydeni kürsüyə dəvət edib.
Yarı avtomatik silahların bir müddət qadağan edildiyinə işarə edən Bayden deyib: "Biz bunu əvvəllər də etmişdik, yenə edə bilərik".
Co Bayden Konqresi hərəkətə keçirməyə çağırıb.
Anım mərasimində Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə yanaşı, Konqresin bir çox üzvü iştirak edib.
Әlaqәli Xәbәrlәr

Çilidə meşə yanğınları tüğyan edir
Çilinin bir çox bölgəsində baş verən meşə yanğını nəticəsində 750 hektardan çox ərazi külə dönüb.