“Təhlükəli tullantılar Livandan Fransaya göndərildi”, N.Yasin

“Təhlükəli tullantılar Livandan Fransaya göndərildi”, N.Yasin

1915746
“Təhlükəli tullantılar Livandan Fransaya göndərildi”, N.Yasin

 

  Livan 3 il ərzində toplanmış 15 ton təhlükəli tibbi tullantıları utilizasiya üçün Fransaya yollayıb.

  Ölkə daxilindəki xəstəxanalarda, xüsusilə də xərçəng xəstələrinin müalicəsində istifadə edilən və 2019-cu ildən bəri yığılan tibbi tullantılar Beyrut limanında xüsusi konteynerlərə yüklənərək Fransaya göndərilib.

  Livanın ətraf mühit naziri Nasser Yasin burada etdiyi çıxışında deyib: “İlk dəfə üç konteynerdən ibarət 15 ton təhlükəli tibbi tullantı ekoloji fəlakət törətməsin deyə utilizasiya üçün Avropaya göndərilir. Tullantıların əksəriyyəti xərçəngin müalicəsində istifadə olunan dərmanların qalıqlarıdır. Bu tullantıların zərərsizləşdirilməsi dərman şirkətləri tərəfindən həyata keçirilir.

  Ölkəmizdə daha tibbi tullantıların utilizasiyası ilə bağlı bir sistem yoxdur. Bunun üçün 1400 dərəcəyə qədər qızdırılan sobalar olmalıdır. Tullantıların ölkədən çıxarılıb məhv edilməməsi vətəndaşların sağlamlığı və ətraf mühitə zərər verə bilir”.

  Qeyd edək ki, Livanın ətraf mühit naziri Nasser Yasin ölkədə əvvəllər tibbi tullantıların necə atıldığı barədə məlumat verməyib.



Әlaqәli Xәbәrlәr