Cənubi Sudanda azı 20 min adam evlərini tərk etmək məcburiyyətində qalıb

Cənubi Sudanın Yuxarı Nil bölgəsində davam edən qarşıdurmalar səbəbindən avqust ayından bəri azı 20 min insanın köç etmək məcburiyyətində qaldığı bildirilib.

1916054

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Cənubi Sudan üzrə nümayəndəsi Ərəfat Camal jurnalistlәrә verdiyi açıqlamada bildirib ki, bölgədə intensivləşən münaqişə səbəbindən çarəsizlik artır və daha çox insan etməyə məcbur olur.

Camal ölkədəki qarşıdurmalara görə avqust ayından bəri azı 20 min insanın köç etdiyini bildirib.

Mülki əhalinin qarşıdurmalardan mənfi təsirləndiyinə diqqət çəkən Camal humanitar böhrana qarşı tədbirlərin görülməsinin vacibliyini  vurğulayıb.

Ərəfat Camal münaqişələrdən ən çox qadın və uşaqların zərər çəkdiyini, minlərlə insanın evlərini və ailələrini tərk etmək məcburiyyətində qaldığını qeyd edib.

Әlaqәli Xәbәrlәr