BMT Rusiya ilə Ukrayna arasında davam edən müharibə ilə bağlı bəyanat verib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits ukraynalıların Rusiyanın başlatdığı müharibə və səbəb olduğu dağıntılara görə əziyyət çəkdiyini bildirib.

1916050
BMT Rusiya ilə Ukrayna arasında davam edən müharibə ilə bağlı bəyanat verib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits ukraynalıların Rusiyanın başlatdığı müharibə və səbəb olduğu dağıntılara görə əziyyət çəkdiyini bildirib.

Martin Qriffits BMT Təhlükəsizlik Şurasında verdiyi  açıqlamasında Rusiyanın fevralın 24-də başlatdığı müharibə səbəbindən artan ölüm, köç və iztirablara diqqət çəkib.

Martin Qriffits Rusiyanın son hücumları səbəbindən ukraynalıların qış aylarında işıqsız qaldığını və ölkədə su böhranı yaşandığını bildirib.

Qriffits vurğuladı ki, ukraynalılar bu mənasız müharibə və Rusiyanın infrastruktura hücumları səbəbindən çox əziyyət çəkir.

Amerika Birləşmiş Ştatlarının BMT-dəki daimi nümayəndəsinin müavini Liza Karti də Rusiyanın Ukraynadakı buğda sahələrini döyüş meydanına çevirərək qlobal qida sistemini pozduğunu qeyd edib.

Karti bildirib ki, ukraynalılar azadlıq və övladlarının gələcəyi üçün mübarizə aparır və onlar Ukraynada ümidləri yaşatmaq üçün hər şeyi edəcəklər.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia Ukraynanın yaşayış məntəqələrinə hava hücumundan müdafiə sistemləri yerləşdirməsi səbəbindən infrastruktur sistemlərinin zədələndiyini irəli sürüb.

Nebenzia bəyan edib ki, Ukrayna qüvvələrinin hərbi logistika və kommunikasiyaları təmin etmək üçün istifadə etdiyi infrastrukturlara hava zərbələri də daxil olmaqla, Kiyev administrasiyasını zəiflətməyə çalışacaqlar.

Nebenzia həmçinin Qərbin  Ukraynaya silah dəstəyi verərək  münaqişəni galovlandırdığını və Avropanın sabitliyinə zərər gətirdiyini bildirib.



Әlaqәli Xәbәrlәr