Ukrayna: “Şərqi Afrika ölkələrinə taxıl yardımımız davam edəcək”
Ukrayna uzun müddətdir quraqlıqla mübarizə aparan Şərqi Afrika ölkələrinə ilk taxıl yardımın çatdırıldığını bildirib.
1915170

Ukraynanın Əddis-Əbəbə səfirliyindən verilən açıqlamada taxıl yüklü ilk gəminin Cibutiyə çatdığı qeyd edilib.
Səfirliyin bəyanatında: “Şərqi Afrika ölkələrinə taxıl dəstəyimiz Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramından asılı deyil. Gələn həftə Efiopiya və Somaliyə də taxıl çatdırılacaq”.
Ukrayna prezidenti Vladimir Zelenski Efiopiya, Cənubi Sudan, Somali, Konqo, Keniya və Yəmən kimi ərzaq çatışmazlığı yaşanan ölkələrə dəstək verəcəklərini açıqlayıb.
Әlaqәli Xәbәrlәr

Salvadorda Amerika qitəsinin ən böyük həbsxanası
Mərkəzi Amerika ölkəsi Salvadorda Amerika qitəsinin ən böyük həbsxanası istifadəyə verilib