Sergey Şoyqu: ‘‘Ukrayna noyabr ayında 8300-dәn çox hәrbçi itirib’’
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna ordusunun noyabr ayında 8300-dən çox əsgər itirdiyini irəli sürüb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna ordusunun noyabr ayında 8300-dən çox əsgər itirdiyini irəli sürüb.
Sergey Şoyqu hərbi rəsmilərlə keçirdiyi görüşdə fevralın 24-dən bəri davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.
Ukraynanın Donbas bölgəsində qarşıdurmaların davam etdiyini bildirən Sergey Şoyqu Mayorsk, Pavlivka, Opıtne, Andriyevka, Biloqorivka və Kurdyumivka yaşayış məntəqələrinin Rusiya qüvvələrinin nəzarətinə keçdiyini xatırladıb.
Ukrayna ordusunun Luqansk və Donetsk istiqamətində "ciddi" itkilər verdiyini irəli sürən Sergey Şoyqu deyib:“Düşmən noyabrda 8300-dən çox əsgər, 5 təyyarə, 10 helikopter, 149 tank və 300-dən çox zirehli texnikasını itirib”.
Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin Ukraynanın hərbi idarəetmə sisteminə və hərbi sənaye müəssisələrinə uzun mənzilli silahla genişmiqyaslı hücum həyata keçirdiyinə də diqqət çəkib.
Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasının Rusiya qüvvələrinin nəzarətində olduğunu xatırladan Şoyqu bu elektrik stansiyasının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlərin görüldüyünü bəyan edib.
Sergey Şoyqu Ukrayna əsgərlərinin sözügedən elektrik stansiyasına hücumlar təşkil etdiyini və bunun “nüvə terroru” olduğunu bildirib.
Rusiyanın müdafiə naziri Ukraynadakı müharibədə Rusiya təyyarələrindən geniş şəkildə istifadə edildiyini qeyd edib.
Әlaqәli Xәbәrlәr

Filippinin cənub-şərqində 6,1 bal gücündə zəlzələ baş verib
TRT xəbər verir ki Filippin Vulkan və Zəlzələ Elmləri İnstitutu bu barədə məlumat yayıb.