Kolumbiyada baş verәn torpaq sürüşmәsi nәticәsindә 27 nәfәr ölüb

Kolumbiyada magistral yolda baş verən torpaq sürüşməsi nəticəsində 27 nəfər ölüb.

1915084
Kolumbiyada baş verәn torpaq sürüşmәsi nәticәsindә 27 nәfәr ölüb

Kolumbiyada magistral yolda baş verən torpaq sürüşməsi nəticəsində 27 nəfər ölüb.

Torpaq sürüşməsi nəticəsində sərnişin avtobusu və çox sayda avtomobil torpaq altında qalıb. Hadisə nəticəsində beş nəfərin də yaralandığı bildirilir.

Torpaq altında qalanların tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatları aparılır. Rəsmilərin məlumatına görə, torpaq altında neçə nəfərin olduğuna dair məlumat yoxdur.

Bölgəyə çoxlu sayda mülki müdafiə, yanğınsöndürmə, polis və təcili yardım qrupları göndərilib.

Prezident Qustavo Petro rəsmi internet səhifəsində etdiyi paylaşımda təbii fəlakət nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib.

''Risalar bölgəsində baş verən təbii fəlakət nəticəsində 3-ü uşaq olmaqla 27 nəfər həyatını itirib. Hökumətimiz həyatını itirənlərin ailələri üçün əlindən gələni edəcək'',-deyə Qustavo Petro paylaşımında vurğulayıb.

Ölkədə aylardır davam edən leysan yağışların səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində çox sayda adam ölüb.



Әlaqәli Xәbәrlәr