İndoneziyada növbəti dəfə zəlzələ baş verib
İndoneziyanın Şərqi Yava əyalətində 6,2 bal gücündə zəlzələ baş verib.
1915232

İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) bildirib: Şərqi Yava əyalətində yerli vaxtla saat 13:07-də 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlarının episentiri 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ Bali adasında da hiss olunub.
Zəlzələdən sonra sunami riskinin olmadığı bildirilib.
Keçən ay Qərbi Yava əyalətinin Cianjur bölgəsində 5,6 bal gücündə zəlzələ baş vermiş, 300-dən çox adam həyatını itirmişdi.
Әlaqәli Xәbәrlәr

Salvadorda Amerika qitəsinin ən böyük həbsxanası
Mərkəzi Amerika ölkəsi Salvadorda Amerika qitəsinin ən böyük həbsxanası istifadəyə verilib