Hindistanda mədən çöküb, ölən və yaralananlar var
Hindistanın Çatişqarh ştatında mədənin çökməsi nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hindistanın Çatişqarh ştatında mədənin çökməsi nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb.
''Hindustan Times'' ın yaydığı məlumata görə, hadisə Çatişqarh ştatının Bastar rayonunun Malqaon kəndində baş verib.
Axtarış-xilasetmə dəstələrinin həyata keçirdiyi əməliyyat nəticəsində 5 nəfərin cəsədi tapılıb. Xəsarət alan 4 nəfərdən biri aparıldığı xəstəxanada dünyasını dəyişib.
Hadisə zamanı ölən 6 nəfərdən 5-nin qadın olduğu bildirilib.
Yerli hakimiyyət orqanları həyatını itirənlərin ailələrinə təzminat ödəniləcəyini açıqlayıb.
Әlaqәli Xәbәrlәr

Ukraynadan Polşaya daxil olan qaçqınların sayı
Ukraynadan Polşaya daxil olan qaçqınların sayı hazırda 9,5 milyonu keçib.

Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı dənizə düşüb
Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi İon dənizinə düşüb.