Fələstin İsrail əsgərlərinin Nablusda törətdiyi hücuma reaksiya göstərib

Fələstin İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərində yaxın məsafədən atəş açaraq bir fələstinlini öldürməsinə reaksiya verib.

1914231
Fələstin İsrail əsgərlərinin Nablusda törətdiyi hücuma reaksiya göstərib

Fələstin İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərində yaxın məsafədən atəş açaraq bir fələstinlini öldürməsinə reaksiya verib.

İsrail əsgərlərinin Nablus şəhərinin cənubundakı Əl-Huvvara qəsəbəsində Əmmar Həmdi Muflih adlı fələstinlini öldürməsindən sonra Fələstin Rəhbərliyi, Baş nazir Məhəmməd İştiyye və fələstinli qruplar açıqlama verib.

Fələstinin WAFA xəbər agentliyinin yaydığı məlumata görə, Dövlət Aparatının bəyanatında İsrail əsgərlərinin Muflihi soyuqqanlılıqla qətlə yetirməsinin Fələstin xalqına qarşı hər gün törədilən cinayətlərdən biri olduğu bildirilib.

“İsraildəki hökumətlərin rəsmi siyasətinə çevrilən bu cinayətlər müdafiəsis Fələstin xalqının beynəlxalq müdafiəsini təmin etmək üçün təcili tədbirlər görülməsini tələb edir” deyilən bəyanatda vurğulanıb ki, beynəlxalq ictimaiyyətin səssiz qalması bu cür soyuqqanlı cinayətlərə  səbəb olur.

İştiyye açıqlamasında İsrail əsgərlərinin hərəkətlərinin cəzasız qalmasının onları yenidən bu cinayətləri törətməyə vadar etdiyini ifadə edərək, bu cinayətlərin  dayandırılması üçün beynəlxalq ictimaiyyəti müdaxilə etməyə çağırıb.

Fəth Hərəkatının verdiyi bəyanatda törədilən cinayət pislənilib və bunun İsraildəki yeni faşist hökumətinin siyasətini əks etdirdiyi bildirilib.

Həmas Hərəkatının sözçüsü Əbdüllətif əl-Kanunun verdiyi açıqlamada, İsrailin Huvvarada törətdiyi cinayət də daxil olmaqla törətdiyi cinayətlərin artmasına daha çox müqavimətlə göstəriləcəyi və düşmənə lazımi cavabın veriləcəyi qeyd edilib.

Fələstinin Demokratik Xalq Cəbhəsi törədilən cinayəti pisləyib və buna bənzər cinayətlərə ancaq müqavimətlə cavab verilə biləcəyini açıqlayıb.

Bu arada Avropa İttifaqı işğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələri tərəfindən öldürülən Fələstinli mülki vətəndaşlar ilə bağlı araşdırmanın aparılması ilə əlaqədar çağırış edib.

Avropa İttifaqının Fələstin Nümayəndəliyinin rəsmi ''Twitter'' səhifəsində edilən paylaşımda İsrail qüvvələrinin son 72 saatda 10 fələstinlini öldürdüyü bildirilib.

İşğal altındakı Şərqi Qüds və İordan çayının qərb sahilində şiddət olaylarının artması ilə bağlı ciddi narahatlığın olduğu qeyd edilib və 2022-ci ilin Fələstində ən qanlı il olduğu vurğulanıb.



Әlaqәli Xәbәrlәr