Yens Stoltenberq: “Rusiya bu müharibədə qalib gəlməməlidir”

NATO-nun Baş katibi Yens Stoltenberq: “Rusiya prezidenti Vladimir Putin alyansı Ukraynadakı müharibəyə daxil etməyə çalışır. Lakin buna imkan verməyəcəyik”

1913746
Yens Stoltenberq: “Rusiya bu müharibədə qalib gəlməməlidir”

NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın paytaxtı Berlinə səfəri çərçivəsində kansler Olaf Şoltsla görüşüb.

NATO-nun Baş katibi Yens Stoltenberq danışıqlardan sonra təşkil edilən birgə mətbuat konfransında Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin beynəlxalq hüquq ilə üst-üstə düşmədiyini ifadə edərək: “Müharibə səbəbindən qış daha da pisləşir. Rusiya bu müharibədə qalib gəlməməlidir. Biz Putinin NATO-nu müharibəyə sürükləməsinə imkan verməyəcəyik” deyib.

Almaniya kansleri Olaf Şolts da ölkəsinin Ukraynaya dəstəyinin NATO müttəfiqləri ilə əməkdaşlıq çərçivəsində davam edəcəyini qeyd edərək,ümumdünyada gərginliyin dərinləşməməsi üçün, NATO-nun müharibənin tərəfdarı olmemasını ifadə edib.



Әlaqәli Xәbәrlәr