Volodimir Zelenski: ''Rusiya ordusuna qarşı yeni tədbirlər görürük''

Ukrayna prezidenti Volodimir  Zelenski Rusiya ordusuna qarşı yeni tədbirlər gördüklərini açıqlayıb.

1913404
Volodimir Zelenski: ''Rusiya ordusuna qarşı yeni  tədbirlər görürük''

Ukrayna prezidenti Volodimir  Zelenski Rusiya ordusuna qarşı yeni tədbirlər gördüklərini açıqlayıb.

Bu barədə Volodimir Zelenski rəsmi internet səhifəsində paylaşım edib. Ukrayna vətəndaşlarına müraciət edən Volodimir Zelenski cəbhədəki son vəziyyəti qiymətləndirib.

Zelenski təhlükəsizlik rəsmiləri ilə görüş keçirdiklərini və Ukraynadakı bütün cəbhə xəttlərində baş verənləri müzakirə etdiklərini bildirib.
“Biz işğalçıların niyyətlərini təhlil edirik və əks tədbirlər görürük”,-deyə Volodimir Zelenski qeyd edib.

Zelenski Rusiyanın həyata keçirdiyi son hücumlar zamanı hədəf aldığı enerji infrastrukturlarında davam edən təmir işlərinə baxmayaraq, bütün Ukraynada elektrik enerjisinin verilməsində problemin davam etdiyini bildirib.
“Ölkəmizin əksər regionlarında və paytaxt Kiyevdə 6 milyona yaxın abunəçi işıqsız qalıb'',-deyə Volodimir Zelenski qeyd edib.

Vladimir Zelenski həmçinin Almaniya hökumətinə Ukraynaya ''Patriot'' hava hücümündan müdafiə sistemini göndərməsi ilə əlaqədar çağırış edib.
Qeyd edək ki, Volodimir Zelenski "New York Times" qəzetinin təşkil etdiyi "DealBook" adlın  sammitinə telekonfrans yolu ilə qatılaraq Rusiya-Ukrayna müharibəsini qiymətləndirib.
Ukrayna lideri  müharibənin sona  çatması üçün lazım olan şərtlərə toxunaraq deyib: "Müharibə biz qalib gələndə və ya Rusiya istədiyi zaman sona çatacaq. Rusiya bunu yalnız özünü zəif, təcrid olunmuş hiss etdiyi və bu işdə heç bir tərəfdaşı olmadığı zaman etmək istəyə bilər. Gəlin  bunun yaxın bir neçə ay ərzində sona çatacağına inanaq''.



Әlaqәli Xәbәrlәr