Nikolas Maduro: "ABŞ-ın sanksiyaların yüngülləşdirilməsi doğru qərardır "

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın ölkəsinə qarşı neft sanksiyalarının yüngülləşdirilməsinə dair qərarına münasibət bildirib.

1913489
Nikolas Maduro: "ABŞ-ın sanksiyaların yüngülləşdirilməsi doğru qərardır "

Prezident qərarı “doğru istiqamətdə atılan addım” kimi qiymətləndirsə də kafi olmadığını vurğulayıb.

 TRT xəbər verir ki, Maduro paytaxt Karakasda təşkil edilən mətbuat konfransında məsələni dəyərləndirib. Vaşinqtonun ölkəsinə qarşı tətbiq etdiyi birtərəfli sanksiyaları ABŞ-ın keçmiş prezidenti Donald Trampın Venesuelanı “dünyadakı iqtisadi sistemdən” çıxarmaq cəhdi kimi xarakterizə edən Maduro: “Azad seçki istəyirlərsə, biz də sanksiyalarsız seçki istəyirik”, -deyib.

Maduro bu sözləri Vaşinqtonnun neft şirkəti Chevron-a Venesuelada hasilatı artırmağa və xam nefti ABŞ-a gətirməyə icazə verdikdən sonra səsləndirib.

Qeyd edək ki, ABŞ-ın 27 noyabrdakı açıqlamasında Venesuelada tərəflərin razılığını dəstəkləmək üçün neft sanksiyalarını yüngülləşdirmək qərarına gəlindiyi bildirilib. ABŞ-ın sözmövzusu qərarından sonra Venesuela neftinin çıxarılması üçün neft nəhəngi Chevron ilə müqavilə imzalandığı açıqlanıb.

 



Әlaqәli Xәbәrlәr