Fransa səfiri İran XİN-ə çağırılıb
Fransanın Tehrandakı səfiri Nikolas Roş Fransanın xarici işlər naziri Ketrin Kolonnanın açıqlamalarına görə İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Fransanın Tehrandakı səfiri Nikolas Roş Fransanın xarici işlər naziri Ketrin Kolonnanın açıqlamalarına görə İran Xarici İşlər Nazirliyinə çağırılıb.
İran Xarici İşlər Nazirliyindən verilən açıqlamada Fransanın xarici işlər naziri Ketrin Kolonnanın parlamentdəki qəbuledilməz açıqlamaları və parlamentin İranda baş verən hadisələrlə bağlı müdaxiləci qərarının parlamentdə təsdiq edilməsinə cavab olaraq səfir Roşun Xarici İşlər Nazirliyinə çağırıldığı qeyd edilib.
Açıqlamada rəsmi Parisin İrana qarşı əsassız ittihamları pislədiyi və bu ittihamların qəbuledilməz olduğu bildirilib:
"Fransa və bəzi digər Avropa ölkələrinin insan haqları məsələsindən sui-istifadə etdiyi" vurğulanan açıqlamada "Bu ölkələrin millətlərin hüquqlarına zidd olan təktərəfli və məcburi yanaşmalara əl ataraq insan haqları iddiaları irəli sürmək səlahiyyəti yoxdur" deyilib.
Açıqlamada Fransa səfiri Roşun məsələni rəsmi Parisə çatdıracağı bildirilib.