Polşa ukraynalı qaçqınlardan yemək və sığınacaq pulu alacaq

Qaçqınlarla bağlı bəzi qərarlar və onların büdcəyə əksini ehtiva edən layihə Nazirlər Şurasında təsdiqlənib

1912913
Polşa ukraynalı qaçqınlardan yemək və sığınacaq pulu alacaq

 

  Polşa hökuməti ölkədəki yaşayış mərkəzlərində 4 aydan çox qalan ukraynalı qaçqınlardan yemək və sığınacaq üçün pul almağı planlaşdırır.

  Polşa mətbuatında yer alan xəbərlərə görə, qaçqınlarla bağlı bəzi qərarlar və onların büdcəyə əksini ehtiva edən layihə Nazirlər Şurasında təsdiqlənib. Bura Polşada kütləvi yerləşdirmə mərkəzlərində qalan Ukrayna vətəndaşlarının yaşayış və yemək xərcləri də daxildir.

  Məktəb yataqxanaları və otel otaqları kimi dövlət tərəfindən maliyyələşdirilən yaşayış yerlərində 120 gündən çox qalanlar gündə 40 zlotidən (8,83 dollar) çox olmayan xərcin 50 faizini ödəməli olacaqlar. 180 gün başa çatdıqdan sonra xərclərin 75 faizi qaçqınlar tərəfindən ödəniləcək ki, bu da 60 zlotidən (13,25 dollar) çox olmayacaq. Yaşlılar, əlillər və hamilə qadınlar sözügedən plana daxil deyil.

  Polşa Sosial Sığorta Qurumuna Ukrayna vətəndaşının hər giriş və çıxış tarixi barədə məlumat veriləcək və Polşadan çıxan şəxslərə müavinətlərin ödənilməsi dayandırılacaq.

  Nazirlər Şurasında qəbul edilən qərarları Polşa parlamenti də təsdiq edəndən sonra yeni qaydalar 2023-cü il martın 1-dən qüvvəyə minəcək.

  Xayırladaq ki, fevralın 24-də Ukrayna-Rusiya müharibəsi başlayandan bəri Ukraynadan Polşaya 8 milyon qaçqın daxil olub. Onların əksəriyyəti sonradan öz ölkələrinə qayıdıb, bəziləri Qərbi Avropa ölkələrinə sığınıb. Hal-hazırda Polşada 1,5 milyona yaxın ukraynalı yaşayır.



Әlaqәli Xәbәrlәr