Keniyada vəba epidemiyası tüğyan edir
Keniyada qaçqın düşərgələrinin yerləşdiyi Qarrissa bölgəsində vəba epidemiyası 4 nəfərin ölümünə səbəb olub.

TRT-nin yerli mətbuata istinadla verdiyi xəbərə görə epidemiya ilk olaraq Oktyabrın 23-də ölkənin Dadaab şəhərindəki Haqadera qaçqın düşərgəsində aşkarlanıb. Daha sonra sürətlə yayılan virüsa yoluxanların sayı 372-yə yüksəlib ki onlardan 4-ü həyatını itirib.
Səlahiyyətlilərin məlumatına görə düşərgələrdən kənar yaşayış məntəqələrində də hadisələr qeydə alınıb.
Xəstəliyin gigiyena üçün kifayət qədər suyun olmaması səbəbindən sürətlə yayıldığı bildirilir.
“Vibrio cholerae” bakteriyasının törətdiyi yoluxucu nazik bağırsaq xəstəliyi olan vəb, sulu ishal, qusma, əzələ qıclığı kimi əlamətlərlə özünü göstərir.
Әlaqәli Xәbәrlәr

Çilidə meşə yanğınları tüğyan edir
Çilinin bir çox bölgəsində baş verən meşə yanğını nəticəsində 750 hektardan çox ərazi külə dönüb.