Əfqanıstanda mədrəsədə partlayış, ölənlər var
Əfqanıstanın Samanqan əyalətində mədrəsədə baş verən güclü partlayış nəticəsində azı 10 tələbə həyatını itirib.
1912979

Əfqanıstanın Samanqan əyalətində mədrəsədə baş verən güclü partlayış nəticəsində azı 10 tələbə həyatını itirib.
Taliban müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Nafi Takor jurnalistlərə verdiyi açıqlamada Samanqan vilayətinin Aybək rayonundakı Cihadiyə mədrəsəsində günorta namazı zamanı partlayış baş verdiyini bildirib.
Takor partlayışda azı 10 tələbənin həyatını itirdiyini, çox sayda tələbənin isə yaralandığını açıqlayıb. Hadisə yerinə itəcili tibbi yardım briqadası göndərilib.
Qeyd edək ki, hücuma görə məsuliyyəti öz üzvrinə götürən olmayıb.
Әlaqәli Xәbәrlәr

Çilidə meşə yanğınları tüğyan edir
Çilinin bir çox bölgəsində baş verən meşə yanğını nəticəsində 750 hektardan çox ərazi külə dönüb.