Dmitro Kuleba ölkəsinə hərbi yardımın tez zamanda çatdırılmasını xahiş edib

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba NATO müttəfiqlərindən ölkəsinə hərbi və qeyri-hərbi yardımın daha ​​tez çatdırılmasını xahiş edib.

1912710
Dmitro Kuleba ölkəsinə hərbi yardımın tez zamanda çatdırılmasını xahiş edib

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba NATO müttəfiqlərindən ölkəsinə hərbi və qeyri-hərbi yardımın daha ​​tez çatdırılmasını xahiş edib.
Dmitro Kuleba Rumıniyanın paytaxtı Buxarestdə NATO-nun baş katibi Yens Stoltenberqlə jurnalistlərə bəyanatlar verib.
Daha əvvəl NATO-dan silah istədiklərini, silah verildiyi üçün Rusiyanın aldığı torpaqların əhəmiyyətli hissəsini geri ala bildiklərini qeyd edən Kuleba ölkəsinə ediləcək yardımların daha tez çatdırılmasını istəyib.
"Biz sübut etdik ki, Rusiyaya qalib gələ bilərik. Qərb ölkələrində silah istehsalı və onların çatdırılması ilə bağlı qərarlar daha sürətli şəkildə verilməlidir'',-deyə Dmitro Kuleba vurğulayıb.
Ukraynanın xarici işlər naziri deyib: ''Hava hücumundan müdafiə sisteminə ehtiyacımız var. ''İris'', ''Hawk'', ''Patriot'' sistemlərinə ehtiyacımız var. Generatorlarımız olsa, öz enerji şəbəkəmizi yenidən işə sala bilərik. Beləliklə, insanlara layiqli həyat şəraiti yarada bilərik.Bizim hava hücumundan müdafiə sistemimiz olsa, infrastrukturumuzu Rusiyanın növbəti raket hücumlarına qarşı müdafiə edə bilərik”.
Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücuma keçib.



Әlaqәli Xәbәrlәr