Antonio Tajani əhəmiyyətli bəyanatlar yayıb

İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani bildirib ki, Qərbi Balkan ölkələrinin Avropaya daha çox ehtiyacı var.

1913033
Antonio Tajani əhəmiyyətli bəyanatlar yayıb

İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani bildirib ki, Qərbi Balkan ölkələrinin Avropaya daha çox ehtiyacı var.
Tajani Rumıniyanın paytaxtı Buxarestdə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin toplantısına qatılıb.
Burada açıqlama verən Antonio Tajani deyib: "Qərbi Balkan ölkələrinin Avropaya daha çox ehtiyacı var. Bu İtaliyanın yeni strategiyasıdır. Sabitlik, sülhü qorumaq və hətta qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq üçün həyati əhəmiyyət kəsb edir". 
NATO olaraq Qərbi Balkan ölkələrini  və Ukraynanın qonşularını qorumaq məcburiyyətində olduqlarını ifadə edən Tajani deyib:“Hazırda birlikdə işləmək vacibdir, çünki birlik ən vacib şeydir və Rusiyaya bu ölkələri qorumağa hazır olduğumuza dair aydın mesajdır''.
Tajani toplantı çərçivəsində  Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə də görüşüb.
İtaliya Xarici İşlər Nazirliyinin ''Twitter'' səhifəsində edilən paylaşımda  iki nazirin Ukraynadakı infrastrukturun vəziyyəti, taxıl ixracı və dəstək məsələsini müzakirə etdikləri bildirilib.



Әlaqәli Xәbәrlәr